Tərtər rayon MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsində 2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar kitab sərgisi təşkil edilib. Sərgidə yerli və xarici uşaq yazarlarının əsərləri, Azərbaycan nağılları və uşaq aləminə dair disklər nümayiş etdirilib. Sərgi məktəblilərin böyük marağına səbəb olub.
Qeyd edək ki, 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən Danimarka yazıçısı Hans Kristian Andersenin (1805-1875) dünyaya gəldiyi gün - aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib.