Yevlax şəhərinin baş meydanında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şəhər şöbəsi ilə Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə gənc çağırışçıların həqiqi hərbi xidmətə yola salınması münasibətilə tədbir keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti Yevlax şəhər şöbəsinin rəisi, polkovnik Elxan Heydərov ölkəmizdə ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlərdən danışıb. İcra Hakimiyyətinin başçısı Qoca Səmədov cəbhədə düşmənə göz dağı verən Silahlı Qüvvələrimizin rəşadətindən söz açıb.
«Kür» vokal instrumental ansamblı üzvlərinin ifa etdikləri mübariz ruhlu mahnılar bir-birini əvəz edib. Bəşir Səfəroğlu adına Xalq Teatrının ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.