Ağdaş rayonunda 18 may - Beynəlxalq Muzeylər Gününə həsr edilmiş “Muzeylər gecəsi” adlı aksiya keçirilib. Tarix-Diyarşünaslıq Muzeyində baş tutan tədbir Heydər Əliyev Mərkəzi və Məqsud Şeyxzadənin ev-muzeyi tərəfindən təşkil olunub.
Muzeyin direktoru Nişanə Yusifova tədbiri açaraq aksiyanın məramından danışıb, əlamətdar gün barədə məlumat verib. Digər çıxış edənlər dövlət tərəfindən muzeylərin inkişafına göstərilən diqqət və qayğıdan söz açıblar.
* * *
Şamaxı Rayon Tarix-Diyarşünaslıq Muzeyində "Muzeylər və arxeologiya" mövzusunda seminar keçirilib. Muzeyin direktoru Məleykə Kamilova seminarı açıb, iştirakçıları Beynəlxalq Muzeylər Günü münasibətilə təbrik edib.
Tədbirə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin mövzuya dair məruzəsi dinlənilib. Sonda F.Xəlilli Verona və Konya şəhərlərində keçirilmiş konfransların materiallarının toplandığı kitabları muzeyə hədiyyə edib.
Mirzə Ələkbər Sabirin ev-muzeyində isə Beynəlxalq Muzeylər Günü ilə bağlı “açıq qapı” elan edilib. Muzeyin direktoru Rəqsanə Xəlilzadə çıxış edərək muzeylərin əhəmiyyətindən danışıb. Muzeyin elmi işçisi N.Cabbarova və bələdçi A.Əliyevanın da çıxışları dinlənilib. Sonda şagirdlər böyük satirikin şeirlərini söyləyib, ədəbi-bədii kompozisiya təqdim ediblər.