Xalq artisti Amaliya Pənahovanın benefisi

Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti, Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor Amaliya Pənahovanın səhnə fəaliyyətinin 50 illiyi beynəlxalq teatr layihəsi ilə qeyd olunacaq. Teatrdan bildiriblər ki, Amaliya Pənahovanın səhnə fəaliyyətinin yubileyini məşhur polşalı teatr və kino xadimi, rejissor Kşiştof Zanussi müəllifi olduğu pyesi ilə təbrik edəcək.
Zanussinin quruluş verdiyi “Qadın oyunları” tamaşası Amaliya Pənahovanın benefisidir. Bu günlər Polşanın paytaxtı Varşavada Xalq artistinin və həmkarlarının iştirakı ilə məşqlər davam edir. Mayın sonunda təhvil veriləcək tamaşanın premyerası iyun ayında olacaq.