Mayın 24-də Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” tamaşasının premyerası keçiriləcək. 14 illik fasilədən sonra bərpa edilən tamaşanın yeni həlli Xalq artisti Afaq Bəşirqızına həvalə olunub. Xatırladaq ki, əsər ilk dəfə 2000-ci ildə rejissor Faiq Zöhrabovun quruluşunda səhnələşdirilib.
Yeni yaradıcı tərkibdə xalq artistləri Afaq Bəşirqızı (Nisə), Fatma Mahmudova (Ahuçu Gülbikə), əməkdar artistlər Çingiz Əhmədov (Atakişi), Novruz Qartal (Dilənçilərin padşahı), aktyorlardan Gültac Əlili (Məleykə), Gülnarə Abdullayeva (Səmayə), Rəsmiyyə Nurməmmədova (Ceyran), Gülçöhrə Abdullayeva (Maral), Möylə Mirzəliyev (Zərgər), Gülcahan Salamova (Gülbikə), Hüseyn Əlili (Balakişi), Əliməmməd Novruzov (Nümayəndə), Ruslan Mürsəlov (Zaur), Türkel Şabanova (Zaurun bacısı), Məhərrəm Qurbanov (Nisənin əri), Elçin İmanov və Fərid Rzayev (Cangüdən) iştirak edirlər.