Azərbaycan Dövlət Musiqili Teatrında tələbələrin tədris-istehsalat təcrübələrini keçməsinə şərait yaradılıb. Mədəniyyət və İncəsənət Universitetində aktyorluq və rejissorluq ixtisaslarında oxuyan, Bakı Humanitar Kollecinin “Bədii yaradıcılıq işi” fakültəsində təhsil alan, həmçinin 5 saylı Bakı Peşə Məktəbinin dekorator, qrimçi-pastijor, kostyumçu-dərzi, işıq operatoru, səs operatoru ixtisaslarına yiyələnən tələbələr müntəzəm olaraq Azərbaycan Dövlət Musiqili Teatrında təcrübə keçəcəklər.
Teatrın direktor müavini Hüseyn Hüseynovun fikrincə, təcrübə prosesi, tələbələrin təhsil illərində aldıqları nəzəri biliyi daha da təkmilləşdirməsi və gələcəkdə peşəkar kadrlar kimi yetişmələrində, eyni zamanda onların ölkə teatrlarına cəlb olunmalarında mühüm rol oynayacaq.