İrəvan Dövlət Azərbaycan Dram Teatrında yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Qaçaq qocalar” adlı əsəri əsasında eyniadlı tamaşa hazırlanır. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin sözlərinə görə, qaçqın və məcburi köçkünlərin həyatından bəhs edən əsərə gənc rejissor Anar Məmmədov quruluş verir. Əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, aktyor Əjdər Zeynalov və başqalarının rol aldığı tamaşa qarşıdakı mövsümdə təqdim olunacaq.