Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının orta ixtisas musiqi məktəb-studiyası 35 illiyinə hazırlaşır. Yubileylə əlaqədar SSRİ-nin və Azərbaycanın Xalq artisti Soltan Hacıbəyovun “İsgəndər və çoban” uşaq operası tamaşaya qoyulub.
Məktəb-studiyada 30 il əvvəl Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun təşəbbüsü ilə yaradılmış uşaq musiqi teatrı ilk günlərdən uşaqların bədii tərbiyəsində yeni formalar axtarıb tapmağa çalışır.