Bakı Uşaq Teatrının yaradıcı kollektivi iyulun 1-dən 8-dək Türkiyədə Ramazan ayının başlanması münasibətilə təşkil olunmuş tədbirlərdə iştirak edib.
Kollektivin qardaş ölkənin Merzifon, Gerze və Sinop şəhərlərində çıxışı hərarətlə qarşılanıb. Teatrın aktyorları tədbirlərdə müxtəlif nağıl qəhrəmanlarımızın personajlarını canlandırıb. Bundan əlavə, illüziya nömrələri nümayiş etdirilib, muğamlarımızdan nümunələr səsləndirilib.