Mövsümü yeni tamaşalar marafonu ilə başa vurmağa hazırlaşan “Yuğ” Dövlət Teatrında Orxan Fikrətoğlunun “İtki” hekayəsi əsasında hazırlanmış “Fəna” tamaşasının premyerası keçirilib. Teatrın istedadlı gənclərindən Mir Sahibin quruluş verdiyi tamaşanın səhnə tərtibatçısı Əməkdar rəssam Rəşid Şerifdir. Musiqi tərtibatı Amid Qasımov və İffət Əsgərova aid səhnə əsərində teatrın aktyorları Qasım Nağı, Natəvan Qeybani, Oktay Mehdiyev və ifaçı Novruz Novruzlu iştirak edirlər.