Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov “Avropa nəşr mətbu evi”nin qızıl medal və diplomu ilə təltif olunub.
Teatrın mətbuat xidmətindən bildiriblər ki, mükafat Mübariz Həmidova Azərbaycan mədəniyyətinin, teatrının inkişafındakı səmərəli fəaliyyətinə görə verilib. Milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətə, ölkədə keçirilən mədəni-kütləvi tədbirlərdə yaxından iştiraklara görə görkəmli elm xadimlərinə təqdim olunan bu mükafata ilk dəfə teatr müəssisəsi rəhbəri layiq görülüb.