“Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatı Azərbaycan Dövlət Musiqili Teatrını Novosibirskdə yaşayan həmvətənlərimiz və yerli sakinlərlə görüşdürmək üçün bu şəhərə dəvət edib.
Teatrın mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Dövlət Musiqili Teatrı və “Rus-Azərbaycan Evi” arasında əməkdaşlıq əlaqələri bu ilin aprelində qurulub. Həmin vaxt Novosibirsk vilayətinin Mədəniyyət Nazirliyi və “Rus-Azərbaycan Evi”nin dəstəyi ilə Novosibirsk Dövlət Teatr İnstitutunun tələbələrinin hazırladığı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Bakıda uğurla nümayiş olunmuşdu.