Daha bir bölgə teatrı özünün internet saytını istifadəçilərin ixtiyarına verib. Füzuli Dövlət Dram Teatrı haqqında ətraflı məlumat almaq istəyənlər www.fuzuliteatr.az saytına daxil ola bilərlər.
Teatrın mətbuat xidmətinin rəhbəri Səbuhi Vaqifoğlunun bildirdiyinə görə, saytda teatrın yaranma tarixi, unudulmaz sənətkarları, yaradıcı və bədii heyəti haqqında geniş məlumat, cari repertuarda olan tamaşaların bədii və yaradıcı heyəti, annotasiya və şəkilləri yerləşdirilib. Bundan başqa, saytda kollektivin iştirak etdiyi qastrol səfərləri və beynəlxalq festivallar haqqında da məlumatlar, teatrla bağlı kütləvi informasiya vasitələrində dərc olunan məqalələr yer alacaq.