“Eksperiment” Moskva musiqili teatrının kollektivi paytaxtımıza gələcək. Noyabrın 1-2-də kollektiv Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Alisa möcüzələr ölkəsində” və “Ağbəniz və yeddi cırtdan” uşaq tamaşalarını təqdim edəcək.
Luis Kerrolun “Alisa möcüzələr ölkəsində”, Qrimm qardaşlarının “Ağbəniz və yeddi cırtdan” nağılları uzun illərdir həm uşaqların, həm də böyüklərin qəlbini fəth etməkdədir. Uşaqları ağ dovşan arxasınca qaçan Alisanın, eləcə də qısqanc ögey anası tərəfindən meşəyə göndərilən Ağbənizin bir-birindən maraqlı macəraları gözləyir.