Akademik Milli Dram Teatrı yeni mövsümdə ilk premyerasına hazırlaşır. Teatrdan verilən məlumata görə, sentyabrın 19-da Xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olacaq.
Tamaşanın məşqlərinə ötən mövsümün sonlarında başlanıb. Əsərə Əməkdar incəsənət xadimi Ramiz Həsənoğlu quruluş verib. Tamaşanın rəssamı Nazim Bəykişiyev, bəstəkarı Cavanşir Quliyevdir. Tamaşada baş rolları Cəfər Namiq Kamal, Fizuli Hüseynov, Mehriban Xanlarova, Dilarə Əliyeva, Rövşən Kərimduxt, Sabir Məmmədov və başqaları ifa edəcək.