Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı sentyabrın 19-da Xalq yazıçısı İlyas Əfəndiyevin “Qəribə oğlan” tamaşası ilə özünün 124-cü mövsümünə başlayacaq. Görkəmli ədibin 100 illik yubileyinə həsr olunmuş tamaşanın quruluşçu rejissoru Əməkdar artist Adil Zeynalov, rəssamı Ramazan Ağayev, bəstəkarı Zəminə Əliyevadır. Rolları Xalq artisti Qabil Quliyev, əməkdar artistlər Sucəddin Mirzəyev və Adil Zeynalov, aktyorlar Zemfira Nəcəfova, Miraslan Ağayev, Aynur Əhmədova, Allahverən Babayev, Hikmət Cəfərov, Səyad Əliyev, Emin Fərzullayev və başqaları ifa edəcəklər.