“Yuğ” Teatrı da yeni mövsümü sentyabrın 20-də Xalq yazıçısı İlyas Əfəndiyevin pyesləri əsasında hazırlanmış “Unudulmaz Əfəndi” tamaşası ilə açıb. Birbölümlü tamaşa-astana oyunun quruluşçu rejissoru Vidadi Həsənov, rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Vüqar Hacıyevdir. Rolları əməkdar artistlər Vidadi Həsənov, Sonaxanım Mikayılova, aktyorlar Amid Qasımov, Könül Cəfərzadə və Vüqar Hacıyev canlandırıblar.
İnsan psixologiyasının sarsıdıcı məqamlarını, onun özü ilə mübarizəsi və bu mücadilədəki əbədi məğlubiyyətinin vizual həllini verən tamaşa “Yuğ”un sadiq tamaşaçıları tərəfindən maraqla qarşılanıb.