2014-cü ilin son ayları Səməd Vurğun adına Rus Dram Teatrı yeni tamaşalara, premyera və yubiley tədbirlərinə imza atacaq. Xalq artisti Lyudmila Duxovnayanın yubileyinə həsr edilmiş “Teatral roman” tamaşasının nümayişi oktyabrın 23-də olacaq. Noyabrın 1-də isə teatrın səhnəsində “Ər arvadının yanından gedir” adlı əsərin premyerası olacaq. Semyon Zlotnikovun “Qoca qarısını tərk edir” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti, Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovskidir. Tamaşa Rus Dram Teatrının aktyorları - Xalq artisti Yuri Baliyev və Əməkdar artist Nataliya Baliyevanın yubileylərinə həsr edilib. Əsərin dekorasiya rəssamı, Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssam Olqa Abbasova, işıq üzrə rəssam Nikolay Rudıçev, musiqi tərtibatı Vladimir Neverova aiddir. Rəqslərə xoreoqraf Raulya Turkkan quruluş verib.

Həmidə