Bakı Uşaq Teatrı İran İslam Respublikasında iki festivalda iştirak edəcək. Teatrdan bildirilib ki, kollektiv oktyabrın 17-dən 24-dək Mərivan şəhərində keçiriləcək IX beynəlxalq meydan tamaşaları festivalına dəvət alıb. İrana səfəri çərçivəsində oktyabrın 15-də Ərdəbil şəhərində keçirilən Birinci Təkəm meydan tamaşaları festivalına da qonaq qismində qatılacaq.