Oktyabrın 18-də “Yuğ” Dövlət Teatrında görkəmli rejissor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun anadan olmasının 65 illiyi və qurucusu olduğu teatrın 25 illiyi münasibətilə tədbir keçiriləcək. Teatrın mətbuat xidmətindən bildirilib ki, tədbirdə Vaqif İbrahimoğlunun mətni əsasında hazırlanan “Audensiya” tamaşası nümayiş olunacaq. Tamaşada teatrın aktyoru, Əməkdar artist Fərhad İsrafilov çıxış edir. Tədbirdə həmçinin rejissor Babək Şirinsifətin çəkdiyi “Yuğ” filmi təqdim olunacaq.