Noyabrın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Yunanıstan Milli Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, iki teatr qədim yunan dramaturqu Esxilin “Zəncirlənmiş Prometey” əsəri əsasında müştərək tamaşa hazırlayacaq. Sənədi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov və Yunanıstan Milli Teatrının bədii rəhbəri Sotiris Çatzakis imzalayıblar.
Sotiris Çatzakis deyib ki, bu, Azərbaycan teatrı üçün uğurlu bir layihə, Yunanıstan teatrı üçün böyük bir nailiyyətdir. O, ideyanın reallaşmasına görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.