A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrı Bakıya qastrol səfərinə gələcək. Kollektiv dekabrın 7-də Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində L.N.Tolstoyun "Xolstomer. Atların tarixçəsi" adlı əsəri əsasında hazırlanmış tamaşa ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru Avtandil Varsimaşvili, rəssamı Mirian Şvelidze, bəstəkarı Zaza Korintelidir. Xolstomer rolunu aktyor Valeriy Xaryutçenko ifa edir. Qeyd edək ki, aktyor bu rola görə, "Qızıl Vityaz" XI Beynəlxalq Teatr Forumunda qızıl diplomla təltif edilib.