Şəhidlərin əziz xatirəsinə həsr olunur

Yanvarın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında qanlı Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşası nümayiş etdiriləcək. 20 Yanvar şəhidlərinə həsr olunmuş tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
İlk və nakam məhəbbət haqqında ikihissəli səhnə əsərinin tərtibatçısı Gürcüstanın Tumanaşvili adına Dram Teatrının baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.
Tamaşada rolları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Günel Məmmdova, Mirzəağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Rövşən Abbasov, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalər Əbdülsəməd və başqaları ifa edəcəklər.