Musiqili teatr həvəskarlarını maraqlı tamaşalar gözləyir. Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 23-də O.Kazımi və R.Heydərin “Qızıl toy” tamaşası nümayiş etdiriləcək.
Ə.Səmədlinin “Toya bir gün qalmış” tamaşasının premyerası isə yanvarın 24-25-də olacaq.
Tamaşaçılar yanvarın 30-da R.Hacıyev, E.Ocaqov və F.Zöhrabovun “Talelər qovuşanda”, 31-də E.Sabitoğlu və C.Məmmədovun “www.ferzeli-kef.com” əsərlərinə baxa bilərlər.