Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni əsər səhnələşdirilir. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, bu, Hans Kristian Andersenin “Çirkin ördək balası” nağılı əsasında hazırlanan eyniadlı tamaşadır.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir. Əsas rolları əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova və başqaları ifa edəcəklər.
Uşaqlar üçün nəzərdə tutulmuş yeni tamaşanın premyerası aprel ayında olacaq.