Maraqlı layihələri ilə diqqətləri çəkən Bakı Uşaq Teatrı bu dəfə paytaxt məktəbliləri arasında aksiya keçirib. Verilən sualları düzgün cavablandıran uşaqlar teatrın 31 yanvar və 1 fevral tarixlərində nümayiş olunan “Turp” tamaşasına biletlə mükafatlandırılıblar. Teatrın direktoru İntiqam Soltanın quruluş verdiyi “Turp” tamaşası vaxtilə repertuarda olsa da, bu dəfə gənc aktyorlarla yenidən səhnələşdirilib. Eksperimental səhnə əsərində tamaşaçılar iştirak edib və rol bölgüsünü də onlar müəyyənləşdiriblər.
Teatrın rəhbərliyi gələcəkdə də belə aksiyaların keçirilməsini planlaşdırır.