Mingəçevir Dövlət Dram Teatrında 2015-ci ilin ilk tamaşası hazırlanır. Süleyman Sani Axundovun ən maraqlı əsərlərindən olan “Eşq və intiqam” teatrda yenidən səhnələşdirilir. Tamaşaya Xalq artisti Zülfüqar Abbasov quruluş verir. Səhnə əsərində Gəncə Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Elxan Abbasov da rol alıb. Tamaşa fevralın sonunadək teatrsevərlərin ixtiyarına veriləcək.