Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında yeni tamaşanın məşqləri aparılır. Xəqani Əliyevin quruluş müəllifi olduğu tamaşa məzhəkə janrında hazırlanır. Molla Nəsrəddin lətifələri əsasında səhnələşdirilən nümunədə əsas rolu - Molla Nəsrəddin obrazını Elçin Hacıyev ifa edəcək. Digər rollarda Əməkdar artist Vaqif Kərimov, aktyorlar Rövşən Cəfərov, Ruhiyyə Paşayeva, Ceyhun Əliyev və başqaları oynayacaqlar.

Həmidə Nizamiqızı