Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Tehranda keçiriləcək beynəlxalq adət-ənənə festivalında "Kitabi-Dədə Qorqud" dastanının boyları əsasında hazırlanan "Məhəbbət və ölüm" tamaşasını nümayiş etdirəcək. Teatrın direktoru Tofiq Heydərovun bildirdiyinə görə, festival iyun-iyul aylarına təsadüf edəcək.
Tamaşa "Yuğ" Dövlət Teatrının baş rejissoru Gümrah Ömərin quruluşunda hazırlanır. Qeyd edək ki, əsər ilk dəfə Lənkəran teatrının mərhum rejissoru Baba Rzayevin quruluşunda səhnəyə qoyulub. Rejissorun vəfatından sonra yeni quruluşda tamaşaçılara təqdim olunacaq.

Həmidə Nizamiqızı