Mayın 16-da Dövlət Musiqili Teatrında mövsümün növbəti premyerası olacaq. Balacalara “Dəcəl çəpişlər” tamaşası təqdim ediləcək.
Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanan səhnə əsərinin musiqisi uşaqların sevimli bəstəkarı, Xalq artisti Oqtay Zülfüqarova, librettosu Ramiz Heydərə məxsusdur. Tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, rejissor assistenti Elməddin Dadaşov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu baletmeysterləri Leyla və Zakir Ağayevlərdir.
“Dəcəl çəpişlər” Musiqili Teatrın 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə hədiyyəsi olacaq. Premyeraya uşaq evlərindən balaca tamaşaçılar, imkansız ailələrin övladları və fiziki qüsurlu uşaqlar da dəvət olunacaq.