Gənc Tamaşaçılar Teatrının gənc aktyorları Günel Məmmədova və Eşqin Quliyev Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbində iştirak edəcəklər. İyunun 1-dən 28-dək Moskva vilayətinin Zveniqorod şəhərində keçiriləcək yay məktəbində 20 ölkədən 80-dək nümayəndənin iştirakı nəzərdə tutulur. Ustad dərsləri Yay Teatr Məktəbinin bədii rəhbəri, Rusiyanın Xalq artisti Aleksandr Kalyagindir.