İrəvan Dövlət Azərbaycan Dram Teatrının tamaşası

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı “Nəsrəddin evlənir...?” tamaşasını təqdim edəcək. Premyera iyunun 6-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında olacaq.
Tamaşanı türk dünyasının ortaq folklor qəhrəmanı, güldürən və düşündürən Molla Nəsrəddinin lətifələrinin motivləri əsasında Xaqani Əliyev səhnələşdirib. Səhnə əsərində Molla Nəsrəddin ilk dəfə olaraq müasir teatr yozumunda və aktyor oyunu üslubunda, yəni 25-30 yaş arasında, özünün duzlu, məzəli, hikmətli, düşündürən lətifələri ilə təqdim olunacaq. Bu rolu gənc aktyor Elçin Hacıyev ifa edəcək.