İyunun 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Qaetano Donisettinin “Sevgi şərbəti” operasının tamaşası olacaq. Operada əsas partiyalardan biri - Adina rolunu Ukraynanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Olqa Naqornaya ifa edəcək. Tamaşada həmçinin Opera və Balet Teatrının aparıcı solistləri - Azərbaycanın əməkdar artistləri Fərid Əliyev (Nemorino), Əkrəm Poladov (Dilkamara), Səbinə Əsədova (Janetta) və solist Anton Ferştandt (Tonio) iştirak edəcəklər. Dirijor beynəlxalq müsabiqələr və “Humay” milli mükafatının laureatı Əyyub Quliyevdir.