Böyük şair-dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq. Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov bildirib ki, Gürcüstanın K.Marcanişvili adına Akademik Dram Teatrı ilə birgə həyata keçirilən layihə əsasında “Şeyx Sənan” faciəsi hər iki teatrda Azərbaycan və gürcü dillərində tamaşaya qoyulacaq. Əsərdə birinci hissədə hadisələr Bakıda, ikinci hissəsində isə Tbilisidə baş verir. Ona görə də birinci hissə Azərbaycan dilində, ikinci hissə isə gürcü dilində oynanılacaq.
Direktorun sözlərinə görə, əsər gürcü dilinə tərcümə edilib və tərcümə nüsxəsi Gürcüstandan Azərbaycana göndərilib: “Dəyərli olan odur ki, Hüseyn Cavidin əsəri ilk dəfə gürcü dilində səhnələşdiriləcək. Əgər gələcəkdə hansısa səbəblərdən bu əsər səhnəyə qoyulmasa belə ən azından tərcüməsi əlimizdədir. Onun bütün əsərlərini xarici dillərə tərcümə etmək imkanımız olsaydı, çox gözəl olardı”.