Azərbaycan Dövlət Musiqili Teatrının gənc rejissorları Anar Sadıqov və Əlif Cahangirov Moskvada keçirilən beynəlxalq Çexov teatr festivalında iştirak edəcəklər. Festival çərçivəsində “Gənc rejissorların laboratoriyası” da fəaliyyət göstərir və burada məşhur teatr xadimləri ustad dərsləri keçirlər.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, azərbaycanlı gənclər də V.N.Pankov, V.A.Rıjakov, K.M.Qinkas, A.Y.Şapiro, A.Şenderova, A.S.Konçalovski kimi tanınmış rejissorların ustad dərslərində iştirak edəcəklər. Qeyd edək ki, Anar Sadıqov və Əlif Cahangirovun bu tədbirdə iştirakı Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə reallaşır.