“YARAT!” Müasir İncəsənət Məkanı sentyabrın 22-dən oktyabrın 22-dək Bakıda yeni “COMMONIST” layihəsi çərçivəsində multikulturalizm mövzusuna həsr olunmuş sərgi keçirəcək. Multikulturalizm yeni və çox sürətlə inkişaf edən hadisə kimi açıq həyəcandan və aqressiv imtinadan tutmuş utancaq ümidə qədər son dərəcə ziddiyyətli reaksiyaya səbəb olur. Layihənin “COMMONIST” adı daha geniş, universal mənaya çağırışdır.
   Multikulturalizmə siyasətçilər, sosioloqlar, filosof və yazıçılar tərəfindən yüzlərlə təriflər verilmişdir. “YARAT!” Müasir İncəsənət Məkanı bu fenomenin bədii interpretasiyasını təqdim edəcək.
   Sərgidə 19 rəssamın işi nümayiş olunacaq. İştirakçılar həm gənclər, həm də artıq tanınmış rəssamlardır: Afət Bağırova, Aida Mahmudova, Əli Həsənov, Cemma Səttar, Faiq Əhməd, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, İlkin Hüseynov, Leyla Əliyeva, Mahmud Rüstəmov, Məmməd Rəşidov, Niyaz Nəcəfov, Orxan Hüseynov, Pərviz Cəfərov, Rəşad Babayev, Sitarə İbrahimova, Tərlan Qorçu, Vüsal Rəhim.