Xəbər verildiyi kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən uşaq incəsənət məktəbləri, mədəniyyət mərkəzləri və digər müəssisələrin rəqs kollektivlərinin ikinci respublika müsabiqəsi keçirilib.
Müsabiqənin məqsədi respublikada rəqs sənətinin inkişaf etdirilməsi, rəqs kollektivlərinin yaradıcılıq səviyyəsinin yüksəldilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar inkişafının istiqamətləndirilməsidir.
Dekabrın 22-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında müsabiqə qaliblərinin yekun konserti keçiriləcək.