Dekabrın 25-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər” rəsm dərnəyi üzvlərinin “Rəngbərəng” adlı rəsm sərgisi açılacaq.
“Meqafun” ticarət-əyləncə mərkəzində açılacaq sərgidə müxtəlif yaşlı fırça ustalarının rəngkarlığın müxtəlif çalarlarına aid - qrafika, rəngli boya, sulu boya, yağlı boya, rəngli karandaş, qarışıq texnika, vitraj və s. rəsm əsərləri nümayiş olunacaq.
Qeyd edək ki, rəsm dərnəyində 4 yaşdan 18 yaşadək uşaqlara sənətin sirləri öyrədilir.