Rəssamlar İttifaqında sərgi açılacaq

Yanvarın 12-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Qafar Sarvəllinin “Rəsmlərin poeziyası” adlı fərdi sərgisi açılacaq.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı ilə reallaşacaq.
Bu barədə məlumat verən Qafar Sarvəlli bildirib ki, sərgidə nümayiş olunacaq 60-dək sənət əsəri rəngkarlıq, qrafika, plakat və foto janrlarını əhatə edir. Sənət əsərlərinin əsas mövzusunu təbiət mənzərələri, vətənpərvərlik, xeyirxahlıq və tematik mövzular təşkil edir. Həmçinin emosional hisslərin rənglərlə ifadəsi də əsərlərin əsas mövzularındandır.
Qeyd edək ki, fırça ustasının sayca dördüncü fərdi sərgisi bir həftə davam edəcək.