Yanvarın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində “Naxış” atelyesinin ilk sərgisi və təqdimatı keçiriləcək.
“Naxış”ını seç” devizi altında baş tutacaq dəfilədə atelyenin bir-birindən zərif, fərdiliyi önə çəkən geyimlərindən ibarət yeni kolleksiyası nümayiş olunacaq. Sərgidə atelye həmçinin 2016-cı ilin yaz-yay geyimlərini də təqdim edəcək.
“Naxış” atelyesində bir nümunədə hazırlanan paltarlar təkrarolunmaz naxışlarla bəzədilir, rənglərinin harmoniyası isə xanımları diqqət mərkəzində saxlayır. Geyimlərin tikildiyi parçalar Paris və Milandan gətirilir, naxışlar isə bir-bir əllə yığılır. Atelyedən bildiriblər ki, parçaların keyfiyyəti, orijinallığı vurğulayan naxışlar, incə formalar istənilən xanımı özünə cəlb edə biləcək. Belə geyimlər dəb trendindən asılı olmayaraq öz naxışı ilə fərqlənmək üçün ən yaxşı seçimdir.