Yanvarın 23-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Fotoqraflar Birliyinin “İlin fotoqrafı 2015” tədbiri keçiriləcək.
Tədbirdə 2015-ci il üçün “İlin fotoqrafı” seçiləcək, qızıl, gümüş və bürünc “Arqus” mükafatı sahiblərini tapacaq, Hüseyn Hüseynzadə adına “Ümid" mükafatı təqdim olunacaq. Həmçinin Azərbaycan foto sənətinin yeni inkişaf tendensiyasını əks etdirən "İlin layihəsi” elan ediləcək. “Fotoqrafiya sənətində xidmətlərinə görə” nominasiyasında ustad fotoqraflar təltif olunacaq.