Fevralın 12-də İçərişəhərdəki YAY qalereyasında abstrakt heykəltəraşlıq instalyasiyaları ilə tanınan rəssam Rəşad Ələkbərovun “Yox yerdən təzahür etmiş” adlı fərdi sərgisinin açılışı olacaq.
Bu sərgini rəssamın dünyada baş verənlərə cavab reaksiyası da adlandırmaq olar. Rəssam əsərlərində XXI əsrdə bəşəriyyəti informasiya burulğanında boğulmuş duruma gətirən inkişaf yolunu təhlil etməyə cəhd göstərir. Metal instalyasiyalar da divardakı rəsmlərlə səsləşir. İşıqla kölgənin oyunundan doğan yazılar divarda əks olunduqca bizi dözümə, təmkinə və həqiqi dəyərlərə qayıtmağa çağırır. Sərgi martın 31-nə qədər davam edəcək.

S.Soltanlı