“Abşeron” rəsm qalereyasında Təhsil Nazirliyi Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi rəsm dərnəyinin 11 yaşlı üzvü Mədinə Hüseynzadənin “Rənglərlə arzularıma doğru” adlı fərdi rəsm sərgisi keçirilib.
Sərgidə təbiətdən bəhs edən rəsmlər, dekorativ kompozisiyalardan ibarət 50 əl işi nümayiş olunub. Əsərlər rəngkarlıq və qrafika janrlarında işlənilib.
Tədbirdə çıxış edənlər yeniyetmə rəssamın əl işlərini yüksək qiymətləndirib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
2010-cu ildən rəsm dərnəyinin üzvü olan M.Hüseynzadə bir neçə yerli və beynəlxalq rəsm müsabiqəsində iştirak edib. Ötən il Türkiyədə 23 aprel - Beynəlxalq Uşaq Festivalı günlərində M.Hüseynzadənin fərdi sərgisi nümayiş olunub.