Martın 3-də Müasir İncəsənət Muzeyində “12?” adlı rəngkarlıq və heykəltəraşlıq sərgisi keçiriləcək. Sərgidə çağdaş təsviri sənətimizin nümayəndələri Altay Sadıqzadə, Anar Hüseynzadə, Eldar Məmmədov, Elşən Qaraca, Elşən Sərxanoğlu, Emin Əsgərov, Əli İbadullayev, Fəxri Abbasov, Hüseyn Haqverdiyev, Rəşad Babayev, Şamil Buksayev, Vüqar Quliyevin rəngkarlıq və heykəltəraşlıq əsərləri nümayiş olunacaq. Sərginin kuratoru Altay Sadıqzadədir. Əsərlər bir ay müddətində sərgilənəcək.