Martın 18-də paytaxtımızdakı “Port Baku Mall” ticarət mərkəzində Türkiyədə yaşayan rəssam soydaşımız Emil Əzizin Novruz bayramı münasibətilə sərgisi təşkil olunacaq.
Rəssam bildirib ki, sərgidə məqsədimiz dəb, rəssamlıq və bayramı bir araya gətirməkdir: “Bakıda sonuncu sərgim bir il öncə olmuşdu. Bu, sənətsevərlərlə yeni görüşümdür. Sərgidə 35 əsərim nümayiş olunacaq”.