Rəssam müəllimlərin əl işləri nümayiş olunacaq

İyunun 13-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssam müəllimlərinin əsərlərindən ibarət "Rəngli duyğular" adlı yaradıcılıq sərgisinin açılışı keçiriləcək.
Məqsəd ADMİU-nun rəssam müəllimlərinin əsərlərini geniş tamaşaçı auditoriyasına təqdim etmək, yaradıcı gəncləri dəyərli sənət örnəkləri ilə yaxından tanış etmək, müxtəlif texnika və üsullarda işləyən tanınmış rəssamları ümumi ekspozisiyada bir araya gətirməkdir.
İyunun 16-dək davam edəcək sərgidə rəngkarlıq, qrafika, heykəltəraşlıq nümunələri nümayiş olunacaq. Tədbirdə rəssamlardan Arif Əziz, Ağəli İbrahimov, Xanlar Əhmədov, Həmzə Abdullayev, Aytən Rzaquliyeva, Fəxrəddin Qəhrəmanlı, Bayram Hacızadə və başqaları iştirak edəcəklər.