İyunun 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının foyesində “Rənglər, duyğular, düşüncələr” adlı gənclərin rəsm sərgisi keçiriləcək.
Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə keçiriləcək sərgidə Gənc Tamaşaçılar Teatrının gənc rəssamları Elşən Sərxanoğlu, Elnur Babayev, Telman Şıxıyev, Şahin Hüseynli, Yekaterina Bıçkova və eləcə də qalereyanın təqdim etdiyi rəssamların əl işləri nümayiş olunacaq.
Sərgidən sonra teatrda “Qohumlar” tamaşasının premyerası olacaq. Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri Boris Manciyevin hazırladığı tamaşa kalmık dramaturqu Baatr Basanqovun “Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Vera Şuqrayeva və Əli Əmirli tərəfindən səhnə üçün işlənilib.