Heydər Əliyev Mərkəzinin parkında incəsənət kompozisiyası açılıb

İyunun 16-da paytaxtdakı Heydər Əliyev Mərkəzinin parkında “I Love Baku” (“Mən Bakını sevirəm”) incəsənət kompozisiyası açılıb.
Heydər Əliyev Mərkəzinin parkı istirahət etmək və əylənmək üçün şəhərin ən gözəl məkanlarından biri sayılır. Burada hər kəs gəzintiyə çıxa, parkda açıq havada nümayiş olunan müxtəlif sərgilərə baxa və əlbəttə ki, ən gözəl anlarını foto və videolarda əbədiləşdirə bilər.
Şəhər sakinləri və qonaqlar Heydər Əliyev Mərkəzinin parkında, həmçinin “I Love Baku” incəsənət kompozisiyası ilə tanış ola biləcəklər.