İyunun 28-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Səyyar Əliyevin “Xarı bülbül” adlı fərdi sərgisi açılacaq.
Sənətkar bildirib ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq. 70-dək sənət əsərinin yer aldığı sərgidə rəssamın abstrakt əsərləri, realist işləri və peyzaj janrında, habelə vətənpərvərlik, xeyirxahlıq, insansevərlik kimi mövzularda işlədiyi “Müqəddəs torpaq”, “Ruhların səsi”, “Xarı bülbülün səsi”, “Şuşa faciəsi” və başqa rəsmlər nümayiş olunacaq.