Dünya şöhrətli ispan rəssamı Pablo Pikassonun “Oturan qadın” əsəri Londonun “Sotheby’s” hərracında 43 milyon funt-sterlinqə (təxminən 63 milyon dollar) satılaraq rekord müəyyən edib.
Rəssamın sevgilisi və canlı modeli olmuş Fernanda Olivyenin təsvir olunduğu əsərə ilkin olaraq 41 milyon dollar qiymət qoyulmuşdu.
Rəsm indiyə qədər hərraclarda satılan kubizm cərəyanının ən bahalı nümunəsidir. Rəssam onu 1908-ci ildə çəkib. Bu cərəyanın banisi Pablo Pikasso isə dünyanın ən bahalı rəssamı hesab edilir.
Həmçinin bu lot son 5 ildə “Sotheby’s” auksionlarında satılan ən bahalı rəsm əsəri olub.